Xanlar Vəliyev: “”Xocalı soyqırımı ilə bağlı maddi subutlar yoxa çıxıb”

  • By admin
  • 22 Fevral 2017 12:14
xanlar
“Xocalı soyqırımına görə başlanılmış cinayət işi əvvəllər dağınıq halda aparılıb. İstintaq da dağınıq aparıldığından, bəzi maddi sübutlar yoxa çıxıb”.
Gununsesi. info xəbər verir ki, bunu Azərbaycanın hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
 
Onun sözlərinə görə,  Xocalı soyqrımı ilə bağlı yaradılan istintaq işini düzgün qurmadığında, istintaq da düzgün istiqamətdə aparılmayıb: “Xocalı soyqrımı ilə bağlı aparılan cinayət işi 2005-ci ildənetibarən  bizim icraatımızdadır. Bunala bağlı xüsusi istintaq şöbəsi yaradılıb və adı çəkilən şöbə  istintaqı  aparır. Onu da  deyim ki, istintaq zamanı çox dəhşətli işgəncə faktları ortaya çıxıb”.
 
Hərbi prokuror bildirib  ki, Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonları işğalı nəticəsində Azərbaycana dəymiş maddi ziyanla bağlı beynəlxalq ekspertlərin iştirakı ilə böyük qiymətləndirmə işləri aparılır: “Erməni işğalı nəticəsində Azərbaycana dəymiş ziyan artıq milyard yox, trilyon dollarla ölçülür”.
 
X. Vəliyev qeyd edib ki, ermənilər Qazaxın Bağanıs-Ayrım kəndində iki dəfə soyqırımı törədiblər: “Mən Qazaxda işləmişəm. Qazax camaatı ermənilərin qarşısında çox dəyanətlə dayanıb. Ermənilərin bizə qarşı törətdikləri qırğınlar 1988-ci ilin sonlarından deyil, XX əsrin əvvəllərindən başlayıb. XX əsrin əvvəlində xalqımıza qarşı törədilən soyqırımı cinayətlərinin miqyası daha böyük olub. Çox təəssüf ki, bizim yaddaşımız çox zəifdir. Millət artıq bu gün torpaq vermək fikrində deyil”.
Mürtəza
Gununsesi.info