Xarici səyyahlar Kəlbəcərdə - FOTOLAR

  • By admin
  • 05 Fevral 2023 10:01

Ondan artıq ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu işğaldan azad edilən Kəlbəcər rayonuna səfər edib.

Gununsesi.info xəbər verir ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Kəlbəcər rayonun Zülfüqarlı kənd yerləşən İstisu ilə tanış olacaqlar.

Qonaqlar ermənilərin Azərbaycan torpağında törətdikləri vəhşiliklə yerində tanış olacaqlar.

Qeyd edək ki, beynəlxalq səyyahların ötən gün Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar əvvəlcə Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada, sonra Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar.

Gununsesi.info