Yasamal rayonunda Milli Anım Günü qeyd edilir

27 sentyabr Anım Günü  bütün ölkə ərazisində olduğu kimi  Yasamal rayonunda da qeyd edilir.Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq anım mərasimində bir araya gəldi.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri Elnur Allahverdiyev, Ülvi Quliyev, Səbinə Xasayeva,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.Öncə mərasim iştirakçıları Yasamal rayon şəhidlərinin xatirə kompleksinə baş çəkərək gül dəstələri qoydular və bütün şəhidləri andılar. Şəhidlərimizin xatirəsi bir dəqqiqəlik sükutla yad edildi.Daha sonra çıxış edən millət vəkili Anar İsgəndərov, şəhid atası Əli Nur və digər natiqlər Vətən müharibəsinin Azərbaycan tarixindəki əhəmiyyətindən və əbədi şəhidlik zirvəsindən söz açdılar.Qeyd olundu ki, biz torpaqlarımızın azad edilməsinə görə şəhid və qazilərimizə, Ali Baş Komandan cənab İlham Əliyevə daima minnətdarıq.

Daha sonra anım mərasimi şəhidlərin əziz xatirəsinə həsr edilmiş bədii kompozisiya ilə yekunlaşdı.

Gununsesi.info