Yaşayış evində yanğın - 5 NƏFƏR TƏXLİYYƏ EDİLİB

  • By admin
  • 05 Fevral 2018 08:10

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, şəhərin Yasamal rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları, ev əşyaları 20 m² sahədə və dəhlizinin taxta atmaları 8 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info