“Yaz turniri” başa çatıb

  • By admin
  • 21 Aprel 2017 15:54

unnamed (10)
Əlillər Futbolu Federasiyasının təşkilatçılığı, AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcellin dəstəyi ilə Daxili İşlər Nazirliyinin İdman Sarayında eşitməqüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” başa çatıb.

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, turnirin qalibi “Zirvə” komandası olub. 2-ci yeri “Ümüd”, üçüncü pilləni isə “Birlik” tutub.

Qeyd edək ki, “Zirvə” komandasının üzvü Şövkət Əsgərov ən yaxşı qapıçı, “Zirvə” komandasından Güləli Baxşıyev isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Ümüd” komandasının üzvü Elcan Əsədov olub.

Anar
Gununsesi.info