Yolu keçmək istəyən iki piyadanı maşın vurub

  • By admin
  • 27 Yanvar 2018 23:58

Gəncədə iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hərəkətdə olan “Lexsus” markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Xəsarət alan piyadalar dərhal xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info