“Yuğ” Teatrı beynəlxalq festivalda iştirak edəcək

  • By admin
  • 16 Avqust 2017 22:35

yuğ

Avqustun 24-dən 28-dək Qazaxıstanın Aktau şəhərində Xalq Artisti Asanali Aşimovun 80 illiyinə həsr olunan Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycanı “Yuğ” Teatrı təmsil edəcək.

Teatrdan Gununsesi.info-ya bildirilib ki, festivalda rejissor Mikayıl Mikayılovun quruluş verdiyi “Medeya. Sekvensiya 001.” tamaşası göstəriləcək. Həmçinin Azərbaycandan teatrşünas alim İsrafil İsrafilov beynəlxalq tərkibli münsiflər heyətində təmsil olunacaq.

Gununsesi.info