Yük və minik avtomobili toqquşub - YARALANANLAR VAR

  • By admin
  • 11 Mart 2018 19:42

Cəlilabadda yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, “Shacman” markalı yük maşını ilə “VAZ 2106″ markalı minik avtomobili toqquşub.

Nəticədə minik maşınının sərnişini, 1968-ci il təvəllüdlü Vəsilə Əkbərxan qızı Abbasova xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafİ qiymətləndirilir.

Məlumata görə, hadisə ” VAZ 2106″ markalı minik maşını yol ayrıcında dönən zaman “Shacman” markalı yük maşınının ona çırpılması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info