Eldar Mahmudov fevralın 26-da Xocalını qeyd edirdi, 27-də isə xalqı soyub talayırdı - ZAHİD ORUC

  • By admin
  • 24 Fevral 2017 13:03

zahid_oruc_esas

Millət vəkili Zahid Oruc bu gün Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı çıxışında keçmiş MTN naziri Eldar Mahmudovu da günahlandırıb. 

Gununsesi.info xəbər verir ki, deputat qeyd edib ki, hüquqi, siyasi, mənəvi sahədə təşkilatlanma dinc vaxtlarda olmalıdır, amma təəssüf ki, biz faciələrdən sonra bunu etmişik: “Biz faciələrdən sonra hüquqşünas, ekspert olmuşuq. Təəssüf ki, belədir. Biz faciələrdən bir çox dərs çıxarmalıyıq. Baxın, Eldar Mahmudovun zamanında Xocalı soyqırımı 26 fevralda MTN əməkdaşları tərəfindən anılırdı. Amma 27 fevralda və ondan sonrakı dövrlərdə MTN əməkdaşları xalqı soymaqla, xalqa qəsd ilə məşğul idi”.

Kamil

Gununsesi.info