Zaqatalada 16 yaşlı qızı maşın vurdu

  • Müəllif: admin
  • 05 Noyabr 2016 11:40

piyade1

Zaqatala rayonunda 16 yaşlı qızı avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, hadisə dünən  axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində baş verib.1984-cü il təvəllüdlü Vüsal Vidadi oğlu Qurbanov idarə etdiyi “VAZ-21 154” markalı avtomobillə Balakəndən Zaqatala istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən rayonun Taxtalar kənd sakini, 2000-ci il təvəllüdlü Ayşat Mikayıl qızı Qazıyevanı vurub. Ağır bədən xəsarətləri alan 16 yaşlı qız dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Ayşat Qazıyevaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Gununsesi.info