Zaqatalada yol qəzası: ölən və yaralananlar var - ÖZƏL FOTOLAR

  • By admin
  • 28 May 2016 10:40

 

Zaqatala 2

Zaqatalada mikro avtobus və minik maşının toqquşması nəticəsində  bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Gununsesi.info xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1995-ci il təvəllüdlü, İbrahim Elxan oğlu İbrahimlinin idarə etdiyi “Moskviç 412” markalı minik avtomobili ilə hələki şəxsiyyəti məlum olmayan Zaqatala rayon sakininin idarə etdiyi “Mersedes-vita” markalı, Rusiya dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Qəza nəticəsində Moskiviç markalı avtomobildə olan sərnişin, Zaqatala şəhər sakini 24 yaşlı Feyzullah Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Moskviçin sürücüsü İbrahim İbrahimli aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına  aparılıb. Mikro avtobusun sürücüsü xəsarət almayıb. Zaqatala RMX-dan  bildirilib ki, yaralı İbrahim İbrahimli xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info

 

Zaqatala 4

 

Zaqatala 5

 

Zaqatala 3

 

Zaqatala