Bakı şəhərinin Ziya Bünyadov prospektində yerləşən yerüstü piyada keçidləri “Azəravtoyol” ASC tərəfindən təmir edilib.
ASC-nin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, təmir işləri vətəndaşların müraciəti əsasında aparılıb.
Ətrafda yaşayan sakinlərin və mütəmadi olaraq yerüstü piyada keçidlərindən istifadə edən vətəndaşların pilləkən hissələrdə yeni tutacaqların quraşdırılması ilə bağlı müraciətləri əsasında sözügedən keçidlərdə yeni tutacaqlar quraşdırılıb.
Bundan başqa, təmir işləri zamanı yerüstü piyada keçidlərinin tavanında müəyyən səbəblər üzündən dağılan xüsusi plastik üzlüklər də yeniləri ilə əvəzlənib.
Gununsesi.info