28 yaşlı iki uşaq anası övladlarını atıb evdən qaçıb

  • By admin
  • 15 Yanvar 2018 16:36

Masallı rayonunun Böyük Təklə kənd sakini, 1993-cü il təvəllüdlü Y. M. yanvarın 11-də evdən qaçıb. Onun 6 və 5 yaşlı iki qızı var.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, Y. M. yazdığı məktubda valideynlərinə layiqli övlad olmadığını, başqa yerə gedərək, intihar edəcəyini bildirib.

Ailəsinin əldə etdiyi məlumata görə, o, Bakı şəhərinə yollanıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info