Avtomobilin vurduğu 8 yaşlı uşaq ölüb

  • By admin
  • 19 Noyabr 2017 17:00

Bu gün Ağstafada minik avtomobilinin vurduğu 8 yaşlı uşaq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Kənd sakini 2009-cu il təvəllüdlü Əlləzov Sabir Məhəmməd oğlu yolu keçən zaman avtomobil onu vurub.

Sürücü dərhal 8 yaşlı uşağı xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info