Bakıda evdən 40 min manatlıq qızıl oğurlanıb

  • By admin
  • 18 Noyabr 2017 11:00

Bakıda mənzildən 40 min manatlıq qızıl oğurlanıb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Rayon sakini Fərhad Məmmədov polisə müraciət edərək yaşadığı evdən 40 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanılıb.

Gununsesi.info