Oqtay Əsədov zalı tərk edən deputatları DANLADI

  • By admin
  • 15 Dekabr 2017 17:57

Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov “Lotereyalar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sənədə səsvermə zamanı bəzi deputatların zalda olmamasına etiraz edib. 
Gununsesi.info-nun məlumatına görə, Milli Məclisin sədri zalı tərk edən deputatların geri qayıtmasını tələb edib.

“Zalda cəmi 96 nəfər adam qalıb. Onalr bilirlər ki, səsvermə zamanı yerlərində olub səs verməlidirlər. Hər kəs öz yerində olmalıdır və bilməlidir ki, səs verəcək. Səs vermək də çətin məsələdir?”.

Mürtəza

Gununsesi.info