Xaçmazdakı meşə yanğını ilə bağlı – Rəsmi açıqlama

  • By admin
  • 20 Sentyabr 2017 20:42

meseyangini025jpg
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında yanğın başlayıb.

Gununsesi.info FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin şəxsi heyəti və texnikası hadisə rayonundadır.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

20:45

Xaçmazda meşə zolağında baş verən yanğın söndürülüb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Çiləgir kəndi yaxınlığında biçilmiş taxıl sahəsində və meşə zolağında başlamış yanğın söndürülüb.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

 

Gununsesi.info