
Suriya Hava Yollarına məxsus təyyarə Əsəd rejiminin devrilməsindən 12 il sonra İstanbula ilk uçuşunu edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 12 ildən sonra İstanbula ilk uçuşunu edən Suriya Hava Yollarına məxsus təyyarə hava limanında mərasimlə qarşılanıb.
Bəşər Əsəd rejiminin sona çatmasından sonra beynəlxalq reyslərə açılan ölkənin bayraq daşıyıcı şirkəti Suriya Hava Yolları ill’r sonra İstanbula uçuş həyata keçirib.
Dəməşqdən havaya qalxan Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi axşam saatlarında İstanbul hava limanına enib.
Hava limanının operatoru İGA rəsmiləri Suriya Hava Yolları rəhbərlərini və uçuş heyətini gül-çiçəklə qarşıladılar.
Suriyada vətəndaş müharibəsi başladıqdan sonra dayandırılan Dəməşq-İstanbul reysləri beləliklə, 12 illik fasilədən sonra bərpa edilib.
Günel Həsənova