21 yaşlı oğlan qaçırdığı avtomobillə qəza törətdi

  • By admin
  • 20 Fevral 2017 15:32

yollllllllllllllllllllllllllllllllll

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, Bərdə rayon sakini, 21 yaşlı Nicat Xaliq oğlu Məmmədli rayon mərkəzi bazarının qarşısında dayanmış avtomobili qaçırıb.

Fiziki qüsurlu olduğu deyilən N. Məmmədli idarə etdiyi avtomobili dəmir hasara çırpıb. Onun ağır xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi, vəziyyətinin ağır olduğu bildirilir.

Gununsesi.info