5000 illik mumiyaların sirri

  • By Admin2
  • 15 Fevral 2025 17:25

Böyük Britaniya və Sloveniyadan olan tədqiqatçılar qədim Misir mumiyalarının gözlənilmədən xoş qoxu yaydığını aşkar ediblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, UCL Davamlı İrs İnstitutunun tədqiqat direktoru və tədqiqat qrupunun bir hissəsi olan Sesiliya Bembibre, “Filmlərdə və kitablarda mumiyaların pis qoxu yaydığına dair ümumi təsəvvür var. Bununla belə, apardığımız təhlillər göstərir ki, mumiyaların xoş qoxuları var”.

Misir Muzeyində sərgilənən 5000 illik 9 mumiya üzərində aparılan araşdırmalarda kiçik borular və nasoslarla qoxu nümunələri götürülüb. Təhlillər nəticəsində mumiyaların “odlu”, “ədviyyatlı” və “şirin” qoxuları olduğu müəyyən edilib.

Araşdırmada mumiyaların ölümə hazırlanma prosesində istifadə edilən ətirli yağların və şamların hələ də xoş qoxu yaymalarını təmin etdiyi, lakin zamanla bəzi xoşagəlməz qoxuların da ortaya çıxdığı qeyd edilib.

Tərkibində həmçinin istifadə edilən birləşmələrin parçalanması nəticəsində yaranan cüzi pendir, qusma və sidik qoxuları da aşkar edilmişdir.

Araşdırma “Journal of the American Chemical Society” jurnalında dərc olunub.

Orxan Saffari

Gununsesi.info