70 yaşlı boksçu döyüşü nokautla bitirdi

  • By admin
  • 27 Dekabr 2019 09:14

70 yaşlı ABŞ-lı boksçu Albert Hyuz 1983-cü ildən bəri ilk dəfə rinqə çıxıb və rəqibini nokauta göndərib.

“Sportbible” nəşrinin məlumatına görə, Hyuz 43 yaşlı Tremeyn Taunsa qalib gəlib. Döyüş ikinci raundda bitib.

Qoca idmançı rinqə oğlunun ölümündən sonra qayıdıb. Hyuz addımını belə açıqlayıb:

“Yaşadığım faciədən sonra özümə söz verdim ki, rinqə qayıdıb, oğluma görə rekord qıracağam”.

Albert ən yaşlı peşəkar boksçu kimi Ginnesin rekordlar kitabına düşüb.

Qeyd edək ki, onun sonuncu qələbə ilə bitən oyunu 1979-cu ildə qeydə alınıb.

 

 

 

Gununsesi.org