91 məhbus həbsxanadan qaçdı - BRAZİLİYADA

  • Müəllif: admin
  • 26 May 2017 08:01

prison_fire_181016

Braziliyanın Riu-Qrande-du-Norti ştatında 91 məhbus həbsxanadan qaçıb.

Gununsesi.info– nun”RİA Novosti”yə istinadən verdiyi məlumata görə, məhbuslar sübh tezdən 30-40 metr uzunluğunda tunel vasitəsilə qaçıblar. Mühafizəçilərin diqqətini yayındırmaq üçün digər məhbuslar həbsxanada iğtişaşlar yaradıblar.

Təhlükəsizlik qüvvələri qaçan məhbusların axtarışı üçün 36 şəhərdə əməliyyatlar keçirir. Qaçan məhbusların 8-i artıq tutulub.

Qeyd edək ki, bu ilin yanvar ayında eyni həbsxanadan 14 məhbus qaçıb.

Gununsesi.info