
Yəmənin cənub-qərbində hökümət qüvvələri və husi üsyançıları arasında toqquşmalar davam edir.
Gununsesi.info-nun Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində 6-si hərbçi olmaqla 38 nəfər həlak olub. Bundan əlavə 27-si hərbçi olmaqla onlarla insan yaralanıb.
“Hökümət qüvvələri Taizdə medinstitun korpusunu nəzarətə alıblar. Hazırda toqquşmalar prezident sarayının yaxınlığında yerləşən Ammar məktəbinin ərazisində davam edir. Husilər hökümət qüvvələrinin mövqelərini raket-artilleriya atəşinə tuturlar”, – regionda hökümət qüvvələrinin nümayəndəsi polkovnik Mansur əl-Hassani deyib.
Gununsesi.info









