Əfv Komissiyasının iclasında daha 120 müraciətə baxıldı - ƏLİMƏMMƏD NURİYEV

  • Müəllif: admin
  • 03 Mart 2017 16:33

efv

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Əliməmməd Nuriyev Gununsesi.info-ya deyib ki, iclasda 120 müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda baxılan 600 müraciətinin əksəriyyətinə müsbət rəy verilib.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.

Gununsesi.info