Böyük Britaniyanın Tbilisidəki səfiri Qaret Uord Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb.
Səfirin çağırışının rəsmi səbəbi açıqlanmayıb.
Uord XİN binasına daxil olmazdan əvvəl şərh verməkdən imtina edib.
Xatırladaq ki, dünən Almaniya səfiri də Gürcüstan XİN-ə çağırılmışdı. Ona izah edilmişdi ki, Gürcüstanın daxili işlərinə qarışmaq olmaz. Gürcüstan hakimiyyətinin nümayəndələri bəyan edirlər ki, bir sıra dövlətlərin səfirləri açıq şəkildə Gürcüstanda oktyabrda inqilabi proseslər hazırlayan radikal müxalifəti dəstəkləyirlər.











