Tramp: Qəzzadakı müharibənin bitməsinə çox yaxınıq

  • Müəllif: Admin08
  • 26 Sentyabr 2025 19:49

ABŞ Prezidenti Donald Tramp tərəflərin Qəzza zolağında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı razılaşma əldə etməyə “çox yaxın” olduğunu bəyan edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ lideri Nyu-Yorkda “Ryder Cup” qolf turnirinə yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

“Düşünürəm ki, Qəzza ilə bağlı razılaşmaya çox yaxınıq”, – o deyib və əlavə edib ki, bu razılaşma HƏMAS-ın saxladığı israilli girovların qaytarılmasına kömək edəcək.

“Bu, müharibəyə son qoyacaq bir razılaşma olacaq. Bu, sülh olacaq”, – D.Tramp vurğulayıb.

Gununsesi.info