“Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb

  • Müəllif: Admin08
  • 01 Noyabr 2025 20:10

“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Gununsesi.info xəbər verir ki, Naxçıvan təmsilçisi Niderland çempionu “Tigers Roermond”u 3:2 hesabı ilə məğlub edib.

Beləliklə 7 xal toplayan Naxçıvan təmsilçisi qrup qalibi kimi növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın “Yunayted Qalati” klubunu məğlub edib – 2:1. Komanda daha sonra Lüksemburq çempionu “Differdanje 03” komandası isə heç-heçə edib – 2:2.

Gununsesi.info