Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşündə bildirib ki, Moskva ilə İrəvan arasında münasibətlər inkişaf edir və ticarət dövriyyəsi yaxşılaşıb.
Gununsesi.info -nun xəbərinə görə, Putin qeyd edib ki, Rusiya və Ermənistan arasında nüvə enerjisi də daxil olmaqla enerji sektorunda əməkdaşlıq üçün perspektivli proqramlar mövcuddur.
Paşinyan da öz növbəsində Azərbaycanla Ermənistan arasında sülhün Rusiya ilə münasibətlər üçün yeni imkanlar açacağını bildirib.
Ayşən











