Rutte bildirib ki, NATO heç kimə hücum etmək niyyətində deyil

  • By Admin2
  • 17 İyul 2026 16:18

Şimali Atlantika Alyansının heç kimə hücum etmək niyyəti yoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte DPA xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

“Biz müdafiə ittifaqıyıq. Bu o deməkdir ki, biz heç vaxt heç kimə hücum etməyəcəyik”, – deyə o bildirib.

Bu, onun Almaniyanın ABŞ- dan Tomahawk qanadlı raketləri almaq  planları ilə bağlı şərhi idi.

Rutte qeyd etdi ki, potensial razılaşma “birgə çəkindirmənin bir hissəsidir”.

Onun sözlərinə görə, Almaniyanın Amerika raketlərini əldə etməsi Berlinin Rusiyaya qarşı çəkindirmə qabiliyyətini gücləndirməsinə kömək edəcək, lakin eskalasiya səviyyəsinin artmasına səbəb olmayacaq.

Maqsud

Gununsesi.info