Sakinləri narahat edən “Limon turşusu” adlı səhifənin iştirakçıları həbs olundu

  • Müəllif: Firuzə
  • 21 İyul 2026 21:20

Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial media platformalarında paylaşan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Gununsesi.info  xəbər verir ki, araşdırmalarla həmin şəxslərin 2006-cı il təvəllüdlü Pərvanə Muxtarova, 1997-ci il təvəllüdlü Malik Bədəlov və 2002-ci il təvəllüdlü Cavid Ələkbərov olduqları müəyyən edilib.

Onlar məhkəmənin qərarı ilə hər biri səkkiz sutka müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, P.Muxtarova “TikTok” sosial şəbəkəsində “Limon turşusu” adı ilə tanınır.

Gununsesi.info