Azərbaycanla bu ölkə arasında viza ləğv edilir

  • Müəllif: Firuzə
  • 11 Sentyabr 2026 11:12

Azərbaycanla İordaniya arasında viza tələbi ləğv ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə sazişin təsdiqi haqqında qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Saziş Azərbaycanla İordaniya arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsini nəzərdə tutur.

Gununsesi.info