Natiq Cəfərli Vilyam Hacıyevin müsadirə olunan avtomobillərinin satılmasından danışdı

  • Müəllif: Orxan
  • 11 Sentyabr 2026 12:23

Azərbaycanda sabiq icra başçısı Vilyam Hacıyevin müsadirə edilmiş əmlakının hərracda satışı ilə bağlı maraqlı məlumat ortaya çıxıb.

Məsələ ictimaiyyətdə müzakirə olunmaqdadır.

Gununsesi.info xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli də fikir bildirib.

Onun sözlərinə görə, korrupsiya ittihamları ilə həbs edilən Vilyam Hacıyevin əmlakının bir hissəsi məhkəmə qərarı ilə dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə hərraca çıxarılıb.

Natiq Cəfərlinin bildirdiyinə görə, hərraca çıxarılan avtomobillər arasında “Range Rover” və “BMW 740İ” markalı nəqliyyat vasitələri də olub.

Maraqlı məqam isə həmin avtomobillərin alıcısı ilə bağlıdır.

Məlumata görə, avtomobilləri Hacıyevin oğlu alıb.

İki avtomobil üçün ümumilikdə 53 500 manat ödənilib.

Natiq Cəfərli paylaşımında bu vəziyyətə ironik münasibət bildirərək yazıb:

“Burda yaşamasan, çox maraqlı ölkədi…”

Elmar

Gununsesi.info