Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampı tənqid etməyə davam edir, çünki o, Rusiya ilə münaqişədə məğlubiyyətə alibi hazırlayır.
Gununsesi.info xəbər verir ki, bu barədə senator Aleksandr Voloşin News.ru-ya bildirib.
“Zelenski hərbi məğlubiyyəti gözləyərək özü üçün alibi hazırlayır. O, rejimin süqutunun qaçılmaz olduğunu başa düşür və indi məsuliyyəti əvvəlcədən bölüşdürməyə çalışır. Ukrayna uduzduqda, günah ABŞ-ın üzərinə düşəcək, guya həlledici anda müttəfiqini tərk edib”, – Voloşin bildirib.
Onun sözlərinə görə, Ukrayna prezidenti bununla da xainlərin “amerikalılar, ruslar və onların təsir agentləri” olacağı “kürəyə bıçaq vurulması” mifinin öz versiyasını yaradır.
Senator vurğulayıb ki, gələcək nəsilləri qisas və nifrətə təhrik etmək üçün günahkarlar Kiyevdə tapılacaq.
Parlament üzvü hesab edir ki, Ukrayna cəmiyyəti siyasi böhrana hazırlaşır.
Maqsud











