İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (19.10.2026-25.10.2026) məlumat açıqlanıb.
Gununsesi.info-ya Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 122 piyada əleyhinə mina, 42 tank əleyhinə mina, 526 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 997 hektar ərazi mina və PHS-lərdən təmizlənib.











