“Ya Avropa İttifaqı Türkiyə vətəndaşları üçün vizasız gediş-gəlişi təmin edəcək, Türkiyədə miqrantlara söz verilən maddi yardımı edəcək, ya da hər kəs öz yolu ilə gedəcək ”.
APA-nın məlumatına görə, bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
- T. Ərdoğan deyib ki, Türkiyə Avropa İttifaqına daxil olmaq, birgə addımlamaq istəyir: “Türkiyənin önü genişdir. Az öncə Küveytə, Çinə, daha sonra ABŞ-a səfər etdik, milyardlıq sazişlərə imza atdıq. Seçim Avropa İttifaqınındır”.
Gununsesi.info













