Basketbolçumuz karyerasını Fransada davam etdirəcək

  • Müəllif: admin
  • 13 İyul 2017 21:20

basket-1

İyirmi yaşadək kişi basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü karyerasını Fransada davam etdirəcək.

Gununsesi.info xəbər verir ki, millimizin kapitanı Endər Poladxanlı Fransanın “Paris Levolua” klubu ilə ikiillik müqavilə imzalayıb.

Keçən mövsüm “Sparta”nın (Çexiya) şərəfini qoruyan E.Poladxanlı avqustda Parisə yollanacaq.

Qeyd edək ki, “Paris Levoluva” klubu Fransa çempionatının altıncısı olub.

Gununsesi.info