“Vest Hem”in futbolçusu Sofian Fequlinin “Qalatasaray”a keçidi rəsmiləşib.
Gununsesi.info xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün İstanbul təmsilçisi İngiltərə klubuna 4 milyon 250 min avro ödəyəcək.
Qeyd edək ki, Əlcəzair millisinin üzvü olan Fequli yeni klubunda hər mövsüm üçün 3 milyon 850 min avro maaş alacaq.
Gununsesi.info











