Millimizin baş məşqçisi istefa verdi

  • Müəllif: admin
  • 06 Sentyabr 2017 17:54
59b00079efb48_82523772e644053388d6b04df6a92357
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə istefa verib. 
Gununsesi.info AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mütəxəssisin müqaviləsi qarşılıqlı razılıqla ləğv edilib.
Yığmamızın AÇ-2019-un seçmə mərhələsi çərçivəsində İsrail və İrlandiya ilə oyunlarından sonra çalışdırıcı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hər iki qarşılaşmadakı məğlubiyyətin (1:3) hesabatı dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilməsi qərara alınıb.

Gununsesi.info