“Həkim mənə dedi ki, bala, sənin axırın yoxdur” - KƏRİM ABBASOV (VİDEO)

  • Müəllif: admin
  • 07 Dekabr 2017 14:34

“Mən İrana birinci dəfə keçən ilin yanvarında getmişdim. Öz səhhətimlə bağlı həkimlərə müraciət etmişdim. Siqaret çox çəkirdim deyə ciyərlərim ağrıyırdı”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Səhər-səhər” proqramına qonaq müğənni Kərim Abbasov deyib.

Sənətçi səhhətində yaranan ciddi problemdən söz açıb: “Həkim mənə dedi ki, bala, sənin axırın yoxdur. Siqareti at, yoxsa həkimlərdə qalacaqsan. Həmin gündən 6 aydır ki, siqareti atmışam. Məşq edirəm və kökəlməyim vacib surətdə lazımdır. Uşaqlar da sağolsunlar, qulluğumda durdular”.

Gununsesi.info