Vətəndaşlara hüquqi yardımı yalnız peşəkar vəkillər həyata keçirəcəklər - VƏKİLLƏR KOLLEGİYASININ SƏDRİ

  • By admin
  • 08 Dekabr 2017 12:16

Azərbaycan Vəkillər Kollegiyasının yeni sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun gələcək planları barədə danışıb.

Gununsesi.info-nun xəbərinə görə, A.Bağırov jurnalistlərə bildirib ki, Vəkillər Kollegiyası ilk öncə vəkilliklə bağlı sənədlərin qəbuluna başlayacaq:

“Məlum olduğu kimi, qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Dəyişikliyə görə, yanvarın 1-dən fiziki şəxslərin məhkəmələrdə nümayəndə kimi çıxması məhdudlaşdırılır. Vətəndaşlara hüquqi yardımı yalnız peşəkar vəkillər həyata keçirəcəklər. Vəkillər Kollegiyası buna hazır olmalıdır. Məqsədimiz odur ki, ən qısa zaman ərzində sənəd qəbulu bərpa olunsun. Kollegiyanın üzvlərinin artırılmasına çalışacağıq”.

Gununsesi.info