Azərbaycan Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin yığıncağı keçirilib

  • Müəllif: admin
  • 03 Mart 2018 10:00

Bu gün Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) ümumi yığıncağı keçirilib.

Gununsesi.info-nun məlumatına görə, iclasda birliyin illik hesabatı dinlənilib. Birliyin sədri, Nizami rayon Məhkəməsinin sədri Ələddin Cəfərov məhkəmə-hüquq islahatlarından  danışıb. Bildirib ki,ötən il məhkəmə sistemindəki nailiyyətlərinə görə Azərbaycan Avropa Şurasının “Ədliyyə Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub.

Tədbirdə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov , Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev və digərləri çıxış ediblər.

Gununsesi.info