
“Qurdlar vadisi-Pusu” serialının yeni mövsümündə Polad Ələmdarın ən böyük düşməni rolunu ATV telekanalında yayımlanan “Kaçak” filminin Ertan rolunun ifaçısı Berk Hakman oynayacaq.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Türkiyə televiziyalarının ən uzun sürən teleserialı olan “Qurdlar vadisi-Pusu” serialı yeni mövsümdə hansı telekanlada yayımlayacağını hələ də gizli saxlayır. Ancaq serialın yeni seriyalarının çəkilişinə yaxın günlərdə başlanacaq. Bundan əlavə olaraq yeni mövsümdə serialda sürpriz isimlər də rol alacaq.
Bunlardan biri də ATV telekanalında yayımlanan “Kaçak” filmində Ertan rolunun ifaçısı Berk Hakman yeni mövsümdə Polad Ələmdarın ən böyük düşməni rolunu oynayacaq.
Gununsesi.info












