“Zirə”nin baş məşqçisi komandanın əsas problemini açıqlayıb

  • Müəllif: admin
  • 03 Noyabr 2019 18:58

“Yaxşı komandaya qarşı oynadıq. Onlar bizi orta xəttə üstələdilər. Bunun səbəblərini bilirik və üzərində çalışacağıq. Komandanın əsas problemi budur”.

Gununsesi.org-un məlumatına görə, bu fikirləri “Zirə”nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın X turunda “Sumqayıt”la heç-heçə etdikləri (2:2) matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, görüş ərzində asan qollar buraxıblar: “Problemlərimiz müdafiə xəttindədir. Xal qazana bilmişiksə, deməli bir xala layiqik”.

 

Gununsesi.org