Ronaldoya möhtəşəm təklif: Ömürlük müqavilə

  • Müəllif: admin
  • 30 Sentyabr 2016 23:11

download-4

 

İdman geyimlərinin nəhəng istehsalçısı “Nike” Kristiano Ronaldoya yeni müqavilə təklif etməyə hazırlaşır. 

Gununsesi.info-nun məlumatına görə, ABŞ şirkəti “Real”ın hücumçusu ilə ömürlük anlaşma imzalamağa hazırlaşır.

Yaxın zamanlarda tərəflər arasında daha yaxşılaşdırılmış şərtlərlə 2021-ci ilə kimi müqavilə əldə olunsa da, görünür şirkət bununla kifayətlənmək istəmir.

Qeyd edək ki, “Nike” daha iki nəfərlə – əfsanəvi basketbolçu Maykl Cordan və əfsanəvi futbolçu braziliyalı Ronaldo ilə ömürlük müqavilə imzalayıb.

 

Gununsesi.info