
Gəncədə avtomobillə vurulan 72 yaşlı qadın ölüb.
Gununsesi.info xəbər verir ki , Gəncə şəhərində avtomobillə vurulan qadın ölüb. Hadisə bu gün səhər saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki , şəhər sakini, 1953-cü il təvəllüdlü Əjdər Rzayev idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə yolu keçən piyada, 1944-cü il təvəllüdlü Xədicə Abdullayevanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb. Məlumata görə X. Abdullayeva mənzil kommunal təsərrüfatı istehsalat birliyində süpürgəçi işləyirmiş.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info









