
Qax rayonunda avtomobil yanıb.
Gununsesi.info bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) verilən məlumata görə, bu gün saat 10:20 radələrində Qax şəhəri ərazisində rayonun Qazmalar kənd sakini Bəxtiyar Bayramovun idarə etdiyi “VAZ 2109” markalı, 16-BA-253 dövlət nömrə nişanlı minik avtomobil qəfildən yanmağa başlayıb. Hadisə yerinə FHN-in Qax rayon DYMH-nin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Sürücü xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.

Gününsəsi.info









