
Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində “Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə isə, bununla əlaqədar olaraq Şirkətin şəbəkəsində də qismən məhduduyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb.
Gununsesi.info









