PAOK-un futbolçusu “Qalatasaray”da

  • Müəllif: admin
  • 09 Yanvar 2017 19:45

77983

 

“Qalatasaray” heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə,  İstanbul təmsilçisi Yunanıstanın PAOK klubunun  yarımmüdafiəçisi Hari Rodriqesi transfer edib.

Hollandiyalı futbolçu artıq tibbi müayinədən keçib. Onunla bugünlərdə  müqavilə imzalanacaq.

Qeyd edək ki,  26 yaşlı futbolçunun transferi üçün “Qalatasaray”  PAOK-a 3,5 milyon avro ödəyəcək.

Gununsesi.info