
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Qazaxıstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00) başlayacaq.
Anar
Gununsesi.info










