ABŞ-da matəm elan OLUNDU

  • By admin
  • 22 Fevral 2021 22:20
ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatlarda koronavirus (COVİD-19) qurbanlarının sayının 500 minə çatması ilə əlaqədar ölkədə matəm elan edib.

Bu barədə dövlət başçısının mətbuat katibi Cen Psaki bildirib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların və bu infeksiyadan ölənlərin sayına görə dünyada liderlik edir.

Bu günədək ölkədə 28 772 351 nəfərdə COVİD-19 aşkarlanıb, onlardan 511 374-ü vəfat edib.

Gununsesi.info